AZ

Yuxuda danışmaq bu xəstəliklərin əlaməti ola bilər

Nevroloq Olqa Zinçevanın sözlərinə görə, yuxuda danışmaq tibbi adı ilə "somnilokviya" bəzən ciddi xəstəliklərin göstəricisi ola bilər.

Milli.Az xəbər verir ki, bu hal təkcə sözlərlə yox, həm də səslər, mızıldanma və qeyri-ixtiyari hərəkətlərlə müşayiət oluna bilər.

Mütəxəssis bildirir ki, somnilokviya uşaqlarda daha çox (təxminən 50%), böyüklərdə isə nadir hallarda (5%) müşahidə olunur. Əgər bu hal ara-sıra baş verirsə, təhlükəli hesab edilmir. Lakin yuxuda mütəmadi danışmaq halları yuxu apnoesi, depressiya, epilepsiya, alzheimer və parkinson kimi xəstəliklərin xəbərçisi ola bilər.

Asya
Milli.Az

Seçilən
22
milli.az

1Mənbələr