Bakı. Trend:
Perunun paytaxtı Lima şəhərində cüdo üzrə Qran-pri turniri startgötürüb.
Trend xəbər verirki, yarışın ilk günündə Azərbaycan cüdoçuları bir gümüş və üçbürünc medal əldə ediblər.
Könül Əliyeva (-48 kq) üçüncü yer uğrunda görüşdə portuqaliyalıKatarina Kostoya vaza-ari xalı ilə qalib gələrək bürünc medalqazanıb.
Əhməd Yusifov (-48 kq) finalda israilli İshak Aşpizə (0:1)məğlub olaraq gümüş medal əldə edib.
Ruslan Paşayev (-66 kq) braziliyalı Robert Limanı, RəşadYelkiyev (-66 kq) isə ukraynalı Mikita Qoloborodkonu məğlub edərəkhər ikisi bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan komandası Qran-prinin ilk gününü dördmedalla – bir gümüş və üç bürünc medalla başa vurub.