RU

Azərbaycan Qəzza ilə bağlı "Sülh Sammiti"nə dəvət olundu

Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq "Sülh Sammiti"nə dəvət olunub.

Publika.az xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid X sosial media platformasında paylaşım edib.

Onun sözlərinə görə, ölkələrə rəsmi dəvət ABŞ Dövlət Departamenti tərəfindən göndərilib.

"ABŞ Dövlət Departamenti bu gün bazar ertəsi Şarm əl-Şeyxdə baş tutacaq Qəzza Liderlərinin Sammitinə rəsmi dəvət göndərib. ABŞ İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadanı əlavə edərək, dəvət olunanların siyahısını xeyli genişləndirib", - jurnalist qeyd edib.

Избранный
14
5
publika.az

10Источники