RU

Prezident Administrasiyası 120 ədəd qələmə 8 milyon rubl xərclədi

Rusiya Prezident Administrasiyası idarə heyəti üçün 120 ədəd “FORTUNA Trikolor” markalı qələm alıb. Satınalmanın ümumi dəyəri 8 milyon 160 min rubl (təxminən 153 min manat) təşkil edib.

Musavat.com xəbər verir ki, məlumata görə, hər bir qələm 68 min rubl (təxminən 1 275 manat) dəyərində qiymətləndirilib. İtaliyada istehsal olunan bu yazı alətləri Rusiya bayrağının rənglərində hazırlanıb və “premium hədiyyə qələmlər” kateqoriyasına daxildir.

Rəsmilərin açıqlamasına əsasən, eyni model qələmlər hazırda Rusiyanın onlayn mağazalarında 45–53 min rubl (840–990 manat) aralığında satılır.

“Söhbət akril korpuslu, mis detallar palladium örtüklü və eyni konfiqurasiyalı Montegrappa Fortuna ‘Rusiya Trikoloru’ modelindən gedir,” – deyə mənbələr bildiriblər.

Bu bahalı satınalma ictimaiyyətdə böyük rezonans doğurub. Sosial şəbəkə istifadəçiləri dövlət qurumlarının “lüks qələm israfına” yol verməsini sərt tənqid ediblər.

Musavat.com

Избранный
49
musavat.com

1Источники