ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə hökumətin bağlanmasına baxmayaraq gələn həftə Amerika hərbçilərinə ödəniş etmək üçün bütün mövcud vəsaitlərdən istifadə etməyi tapşırıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, Amerika lideri bunu "TruthSocial" sosial media platformasında yazıb.
"Mən Ali Baş Komandan kimi səlahiyyətlərimdən istifadə edərək, müdafiə nazirimiz Pit Heqsetə oktyabrın 15-də hərbçilərimizin maaşlarını ödəmək üçün bütün mövcud vəsaitlərdən istifadə etməyi tapşırıram. Biz vəsaiti müəyyən etdik və Pit Heqset onlardan qoşunlarımıza ödəniş etmək üçün istifadə edəcək", - paylaşımda qeyd edilib.
"Cebheinfo.az"