RU

Ağdamda qəza: yaralananlar var

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun rayonun Quzanlı qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2106" və "Lada-Xəzər" markalı ikiminik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Dominos pizza

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
26
8
yenisabah.az

10Источники