Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Borsunlu-Hindarx yolunun rayonun Quzanlı qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "VAZ-2106" və "Lada-Xəzər" markalı ikiminik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.//APA