RU

Goranboyda təmir sexi və avtomobil yanıb

Goranboyda yanğın hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, rayon ərazisində avtomobil təmiri sexində anidən yangın başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yanğınsöndürənləri cəlb edilib. Yanğın zamanı təmir sexi və içərisində olan "VAZ" markalı minik maşını yanıb. Yanğın söndürülüb. Araşdırma aparılır.

***

Goranboy şəhərində ümumi sahəsi 30 m² olan avtomobil təmir sexində “ВАЗ” markalı minik avtomobilinin salon hissəsi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
127
6
avtosfer.az

7Источники