RU

Mbappe millimizlə oyunda məyusluq yaşadı

Fransa yığmasının baş məşqçisi Didye Deşam milli komandanın hücumçusu və kapitanı Kilian Mbappenin yenidən topuğundan zədə aldığını bildirib.

KONKRET.az xəbər verir ki, onun açıqlamasını jurnalist Fabrisio Romano X səhifəsində yazıb.

Hadisə DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla matç zamanı (3:0) baş verib:

“Real Madrid”in futbolçusu görüşün 83-cü dəqiqəsində əvəz olunub. İkinci dəfə eyni nahiyədən zədə alıb. Matç zamanı rəqiblə təmas qaçılmazdır. Biz vəziyyəti araşdıracağıq. Mbappe narahatlıq hiss edir, bu da çox yaxşı deyil”, – Deşam danışıb.

Qeyd edək ki, matç Fransa yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Mbappe İspaniya La Liqasının səkkizinci turunun “Vilyarreal”la (3:1) oyununda da topuğundan zədələnmişdi.

Избранный
23
2
konkret.az

3Источники