Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makronun həftənin əvvəlində istefa verən Sebastyan Lekornunu yenidən Baş nazir təyin etməsi siyasi dairələrdə narazılıqla qarşılanıb.
"Cebheinfo.az" xəbər verir ki, Sebastyan Lekornu sosial şəbəkədə verdiyi açıqlamada, “Prezident tərəfindən mənə verilən, ilin sonuna qədər Fransaya büdcə qazandırmaq və vətəndaşlarımızın gündəlik həyatındakı problemlərə həll yolları tapmaq missiyasını məsuliyyətlə qəbul edirəm” ifadələrini işlədib.
Fransızları hiddətləndirən siyasi böhrana və ölkənin imici ilə maraqlarına zərər verən qeyri-sabitliyə son qoyulmasının vacibliyini vurğulayan Lekornu, bunun yalnız son həftələrdə baş verənlərdən dərs çıxarılaraq mümkün ola biləcəyini bildirib.
Makronun həftənin əvvəlində istefa verən Lekornunu yenidən baş nazir təyin etməsi isə siyasi arenada sərt reaksiyalara səbəb olub.
Radikal solçu “Boyun əyməyən Fransa” (LFI) Partiyasının Fransa Milli Assambleyasındakı qrup sədr müavini Matild Pano verdiyi açıqlamada, “Heç bir prezident bu qədər nifrət və qəzəblə idarə etməyib. Bazar ertəsi istefa verən Lekornu, cümə günü Makron tərəfindən yenidən təyin olundu. Makron qaçılmaz olanı təxirə salır: gedişini” deyə bildirib.
Pano solçu millət vəkillərindən hökumətə qarşı təqdim ediləcək etimadsızlıq təklifini və Makronun vəzifədən uzaqlaşdırılması üçün veriləcək təklifi imzalamağı xahiş edəcəyini bildirib.
“Yaşıllar” partiyasının (EELV) lideri Marin Tondelye isə sosial media hesabında Lekornunun yenidən baş nazir təyin olunmasını bir sözlə “İnanılmaz” adlandırıb. Fransa Kommunist Partiyasının (PCF) Baş katibi Fabien Russel "X" sosial media platformasında etdiyi paylaşımda Makronun Lekornunu yenidən baş nazir təyin etməsini qəbulolunmaz bir seçim kimi qiymətləndirib.
Russel, “Bu Prezident xalqdan uzaq düşüb. Dostları ilə birlikdə, maliyyə dünyasının pulları ilə hərbi xidmətini yerinə yetirir” deyərək yenidən seçkilərin keçirilməsinə çağırıb. Radikal sağçı “Milli Birlik” partiyasının Baş katibi Jordan Bardella isə verdiyi açıqlamada, Lekornunun ikinci dəfə təyin olunmasını “demokratiya üçün bir rüsvayçılıq” və “fransızlara qarşı bir təhqir” kimi dəyərləndirib.
Bardella Lekornu hökumətinə qarşı veriləcək etimadsızlıq təklifini dəstəkləyəcəklərini bildirib.“Milli Birlik” partiyasının parlamentdəki rəhbəri Marin Le Pen isə sosial media hesabında Milli Assambleyanın buraxılmasının qaçılmaz olduğunu qeyd edib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.