RU

“Beşiktaş”ın hücumçusu zədələndi

Türkiyənin “Beşiktaş” klubunun hücumçusu El Bilal Ture zədələnib. 

Missiya.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Forvardın ayaq əzələsində problem olduğu bildirilib.

24 yaşlı futbolçu təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq. 

Qeyd edək ki, Ture bu ilin avqustunda “Atalanta”dan icarəyə götürülüb. O, “Beşiktaş”ın heyətində keçirdiyi 5 rəsmi oyunda 1 qol vurub.

Избранный
7
6
missiya.az

7Источники