RU

Moskva Azərbaycanın tələblərini yerinə yetirir - Rusiyalı politoloq

Rusiya və Azərbaycan prezidentlərinin oktyabrın 9-da keçirilən Düşənbə görüşü, analitiklərin fikrincə, Moskva ilə Bakı arasında müşahidə olunan gərginliyin getdikcə zəifləməyə başlayacağından və bu ölkələrin münasibətlərinin normallaşma mərhələsinə keçəcəyindən xəbər verir.

Modern.az xəbər verir ki, rusiyalı politoloq Arkadi Dubnov hesab edir ki, həm Əliyev, həm də Putin əsas problemli məsələnin - ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı qarşılıqlı məqbul düstur tapıblar və bu, tərəflərə böhrandan çıxmağa imkan verəcək.

Dubnovun sözlərinə görə, Putinin Düşənbə görüşündə təyyarə qəzası mövzusunu qaldırması və onun izahatları belə deməyə əsas verir ki, Rusiya tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürmüş hesab oluna bilər və Azərbaycan tərəfinin tələbləri yerinə yetirilir.

Dubnovun fikrincə, Putin Əliyevlə müzakirə zamanı bilərəkdən elə lüğət və terminologiya seçib ki, bu ona ikitərəfli münasibətlərdə yaranmış böhrandan çıxmağa imkan verəcək.

Xatırladaq ki, prezidentlərin Düşənbə görüşündə Putin deyib:

“Bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk...
... Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”.

Избранный
31
22
modern.az

10Источники