RU

Trampa Nobel mükafatı düşür? - Putin CAVAB VERDİ

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ prezidenti Donald Tramp bütün dünyada mürəkkəb və uzun müddətdir davam edən münaqişələrin həlli üçün çox işlər görür.

Modern.az xəbər verir ki, o, ABŞ liderinin Nobel Sülh Mükafatına layiq olub-olmaması ilə bağlı sualı cavablandırarkən belə deyib.

Xatırladaq ki, mükafat dünən Venesuelanən müxalif siyasətçisi Mariya Korina Maçadoya verilib.

“ABŞ-ın hazırkı prezidenti Nobel mükafatına layiqdir, ya yox, bilmirəm, amma o, həqiqətən də mürəkkəb, onilliklər boyu davam edən böhranları həll etmək üçün çox şey edir”, - Putin deyib.

O, həmçinin qeyd edib ki, Tramp səmimi şəkildə Ukraynadakı münaqişənin həllinə çalışır. Putin Nobel Komitəsinin “sülh üçün heç nə etməyən” insanlara mükafat verməsi halları barədə də danışıb. Rusiya prezidenti hesab edir ki, bu cür qərarlarla onlar Nobel mükafatının reputasiyasına böyük zərbə vurublar.

“Mükafatın reputasiyası fikrimcə, əhəmiyyətli dərəcədə zədələnib”, – Putin deyib.

Избранный
15
1
modern.az

10Источники