Bakı. Trend:
İsrail ordusu Livanın cənubundakı "Hizbullah" təşkilatına məxsusinfrastruktura zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuatxidməti bildirib.
"İsrail ordusu Livanın cənubundakı ərazidə "Hizbullah"infrastrukturunun bərpası üçün istifadə edilən mühəndisavadanlıqlarının yerləşdiyi terror infrastrukturuna zərbələrendirib və onu məhv edib", - deyə qeyd olunub.
Bildirilib ki, bu bölgədə "Hizbullah" texnikasının vəfəaliyyətlərinin olması İsrail və Livan arasında razılaşmalarınpozulmasıdır.