RU

Trampın Çinə rüsumları elan etməsi kriptovalyuta bazarını çökdürüb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın Çinə qarşı tarifləri elan etməsindən sonra kriptovalyuta bazarı çöküb və bu çökmə aprelin əvvəlindən bəri ən böyük çöküş olub.

APA xəbər verir ki, bu barədə Bloomberg məlumat ayayıb.

"Çöküş aprelin əvvəlindən bəri ən böyük çöküş olub. Ən böyük kriptovalyuta olan Bitkoin, Trampın “Truth Social” platformasındakı elanından sonra 12%-dən çox ucuzlaşıb və bundan sonra eniş dayanıb", - agentlik yazır.

Agentlik onu da qeyd edir ki, Trampın bəyanatından sonra bir saat ərzində kriptovalyuta bazarında 6 milyard dollardan çox pul itkisi yaşanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
5
apa.az

6Источники