RU

Venesuela BMT-də ABŞ-ni ölkəni müstəmləkəyə çevirmək planında ittiham etdi

BAKI, 11 oktyabr. TELEQRAF

ABŞ yaxın aylarda Venesuelaya qarşı hərbi müdaxiləyə hazırlaşır və məqsədi ölkəni öz müstəmləkəsinə çevirməkdir.

Teleqraf xəbər verir ki, bunu Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada bəyan edib.

Diplomatın sözlərinə görə, Vaşinqtonun addımları narkotik qaçaqmalçılığı ilə mübarizə ilə bağlı deyil, əksinə, “Venesuelaya qarşı real hərbi əməliyyat planı”nı nəzərdə tutur.

“Onlar ölkəmizi ələ keçirmək və onu koloniya vəziyyətinə salmaq istəyirlər”, — deyə Monkada jurnalistlərə bildirib.

O əlavə edib ki, ABŞ-nin Karib dənizindəki hərbi fəallığı və diplomatik təzyiqləri Venesuelanın suverenliyinə qarşı “müntəzəm təxribat” kimi qiymətləndirilməlidir.

Избранный
15
teleqraf.com

1Источники