RU

Putin Azərbaycanda keçirilən III MDB Oyunlarından danışıb

Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasında Birlik ölkələri arasında humanitar və idman sahələrində əməkdaşlığın əhəmiyyətindən danışıb.

İdman.Biz xəbər verir ki, III MDB Oyunları Azərbaycanın Gəncə və digər 6 şəhərində keçirilib. Yarışlar 2025-ci ilin sentyabrın 28-də start götürüb və oktyabrın 8-də yekunlaşıb.

“Təbii ki, humanitar sahədə əməkdaşlığımızın vacibliyi ilə razılaşmaya bilmərəm. Həmkarlarım idman yarışlarını da qeyd etdilər, MDB Oyunları Azərbaycanda yenicə keçirilib. Bu, böyük işdir və təbii ki, bizim bütün ölkələrin diqqət və dəstəyinə layiqdir”, - Putin bildirib.

İdman.Biz

Избранный
21
idman.biz

1Источники