RU

“İtaliyanın gözəlliklərini indi kəşf edirəm”

Üç dəfə “Qızıl top” mükafatını qazanan keçmiş futbolçu Mişel Platini əvvəlcə İtaliyada futbol karyerası ilə məşğul olsa da, bu ölkənin bütün gözəlliklərini hələ kəşf etmədiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, “pianetamilan.it” sabiq futbolçunun dediklərini belə çatdırıb.

“İtaliyadan nə xatırlayıram? Qollarımı yaxşı xatırlayıram və əyləncəli gecələri. Amma ciddi danışaq — ötən il Amalfinin sahillərinə getdim, əvvəllər ora düşməmişdim. Bu il isə Venesiyada oldum. İtaliyanı daha yaxından tanımaq istəyirəm. Əminliklə Padova şəhərinə də gedəcəyəm, Müqəddəs Antoniya Bazilikasını görmək istəyirəm”

Qeyd edək ki, Platini 1982–1987-ci illərdə “Yuventus”da çıxış edib.

Избранный
24
90deqiqe.az

1Источники