RU

Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olundu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.

 

Bununla bağlı müvafiq əmr imzalanıb.

 

Müvafiq əmrlə daxili xidmət mayoru Taleh Əhməd oğlu Meyvalıyev sözügedən idarənin rəisi təyin olunub.

 

T.Meyvalıyev bu təyinata qədər Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini vəzifəsində çalışıb.

Tarix: 10 Oktyabr 2025, 22:59   
Избранный
31
5
pravda.az

7Источники