RU

“Tramp Misir səfəri zamanı Qəzza sammiti keçirməyi planlaşdırır” − “Axios”

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp gələn həftə Misirə səfəri zamanı Qəzza münaqişəsi ilə bağlı bir sıra ölkələrin liderləri ilə görüş keçirməyi planlaşdırır”.

Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” məlumat yayıb.

Nəşr qeyd edir ki, mənbələrə görə, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Qətər, BƏƏ, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İndoneziya liderləri və ya xarici işlər nazirlərinin iştirakı gözlənilir:

“İsrailin Baş naziri Benyamin Netanyahunun iştirak etməyəcəyi gözlənilir. Görüşü Misir Prezidenti Əbdülfəttah əs-Sisi təşkil edir”.

ABŞ rəsmi mənbələri Trampın sammitdə iştirak etməyi planlaşdırdığını qeyd edib. Görüş oktyabrın 13 və ya 14-də Şarm əl-Şeyxdə baş tuta bilər. Bundan əvvəl Misir prezidenti bəyan etmişdi ki, Şarm əl-Şeyxdə davam edən danışıqlar zamanı Qəzza zolağında atəşkəs razılaşması əldə olunarsa, imzalanma mərasimində Amerika lideri də iştirak etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
12
yeniavaz.com

10Источники