RU

HƏMAS vasitəçilərə çağırış etdi

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

HƏMAS İsraillə atəşkəsin davamlı olması üçün vasitəçilərə çağırış edib.Newscenter.az TASS-a istinadən bildirir ki, təşkilat İsraili Qəzzanı bombalamağı dayandırmaq üçün vasitəçiləri Təl-Əvivi məcbur etməyə çağırıb.Qeyd edək ki, Qəzza şəhərinin qərbindəki bombardman nəticəsində 70-dən çox adam ölüb və yaralanıb. HƏMAS vasitəçiləri və Amerika administrasiyasını bu cinayəti pisləməyə səsləyib.Cümə axşamı gecə ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS nümayəndələrinin Misirdəki danışıqlardan sonra sülh planının birinci fazası ilə bağlı saziş imzaladığını açıqlayıb. Onun sözlərinə görə, bu mərhələ bütün girovların mümkün qədər tez azad edilməsini və İsrail qoşunlarının Qəzza zolağının daxilində razılaşdırılmış xəttə çıxarılmasını nəzərdə tutur. Mehman Mehdiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
newscenter.az

1Источники