Bu gün Azərbaycan Basketbol Liqasının 2-ci turunda növbəti oyunlar keçirilib.
Offsideplus.az xəbər verir ki, turun ikinci günündə iki qarşılaşma baş tutub. “Quba” öz meydanında “Ordu”nu qəbul edib və 68:96 hesabı ilə rəqibə uduzub. Saat 19:00-da isə Bakı İdman Sarayında “Abşeron Lions” – “Gəncə” oyunu baş tutub. Bu görüşdə gəncəlilər rəqibə 94:96 hesabı ilə məğlub olub.
Qeyd edək ki, turun ilk oyununda “Neftçi” “Şəki” üzərində 92:68 hesabı ilə qələbə qazanıb.