RU

30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov

"Kinoda canlanmanın ən bariz göstəricisi məhz istehsalatdır. 2023-2025-ci illər ərzində kino istehsalatına ümumilikdə dövlət büdcəsindən 18 milyon manata yaxın vəsait ayrılıb. Bu dövrdə dövlət sifarişi ilə 71 film layihəsinin istehsalına başlanıb ki, onlardan 21-i tammetrajlı bədii, 15-i tammetrajlı bədii-sənədli və sənədli, 26-sı qısametrajlı bədii və sənədli, 8-i qısametrajlı animasiya və 1-i çoxseriyalı bədii filmdir".

XəzərNews.az xəbər verir ki, bu barədə Report-a geniş müsahibəsi də Azərbaycan Respublikası KinoAgentliyinin Baş direktoru Rəşad Əzizov deyib.

R.Əzizov bildirib ki, bu günədək 41 film tamamlanaraq təhvil verilib, 30 film isə istehsalat mərhələsindədir:

"İstehsalı başa çatmış və təqdimatı keçirilmiş ən məşhur filmlər arasında "Tağıyev: Neft", "Tağıyev: Çar" və "Tağıyev: Sona" bədii filmləri, "Doğma torpaq" tammetrajlı bədii filmi, "Azərbaycan Atabəyləri" və görkəmli rəssam Mirzə Qədim İrəvaniyə həsr olunan "Cənnət yuxusu" bədii-sənədli filmləri, dahi şair Nizami Gəncəviyə həsr olunan "Sevgi hekayəsi" sənədli filmi qeyd oluna bilər".

Baş direktor 2023-2025-ci illər ərzində ölkədə sənaye sahəsi kimi film istehsalının fəallaşması nəticəsində istehsalda olan filmlərin ərsəyə gəlməsi üçün təxminən 1570 iş yeri açıldığını bildirib:

"İşçi qüvvəsinin böyük hissəsini yaradıcı, texniki və inzibati heyət təşkil edir. Onu da qeyd edim ki, 2026-cı ildə istehsalı proqnozlaşdırılan film layihələrinin ərsəyə gəlməsi üçün 800 yeni iş yerinin açılması nəzərdə tutulur".

Xəbər 1 dəfə oxunub.
Избранный
85
19
xezernews.az

10Источники