ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi bəlli olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya təmsilçisi Erol Bulutla anlaşıb.
Son olaraq “Qaziantep”i çalışdıran 50 yaşlı mütəxəssislə 2 illik müqavilənin bağlanması nəzərdə tutulur.
Xatırladaq ki, klubu bundan öncə Emre Belözoğlu çalışdırıb.
Qeyd edək ki, Erol Bulut “Yeni Malatyaspor” (2017-2019), “Alanyaspor” (2019-2020), “Fənərbaxça” (2020-2021), “Qaziantep” (2021-2023) və “Kardiff Siti” (2023-2024) komandalarını çalışdırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.