"Mançester Siti"nin hücumçusu Erlinq Haaland sentyabr ayında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.
Publika.az xəbər verir ki, 25 yaşlı norveçli hücumçu ötən ay “Mançester Yunayted”, “Arsenal” və “Bernli” ilə oyunlarda 5 qol vurub.
Haalandla yanaşı, mükafata “Kristal Palas”dan Daiti Kamada, “Brayton”dan Yankuba Minte, “Sanderlend”dən Robin Ruf və Qranit Caka, həmçinin “Arsenal”dan Martin Subimendi də namizəd idi.
Bu mövsüm Haaland bütün turnirlərdə 9 matçda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Siti” ilə müqaviləsi 2034-cü ilin iyun ayının sonunadək qüvvədədir. "Transfermarkt" portalı futbolçunun dəyərini 180 milyon avro olaraq qiymətləndirir.