RU

Nobel Sülh Mükafatının qalibi açıqlanıb

2025-ci il Nobel Sülh Mükafatı Venesuelada demokratik hüquqların müdafiəsi uğrunda apardığı mübarizəyə görə Mariya Korina Maçadoya verilib.

Norveçin paytaxtı Osloda Norveç Nobel İnstitutunda keçirilən mətbuat konfransında 2025-ci il Nobel Sülh Mükafatının qalibinin adı açıqlanıb.

Venesuelalı Mariya Korina Maçado bu mükafatı “Venesuela xalqının demokratik hüquqlarını müdafiə etmək uğrunda apardığı mübarizəyə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçidi təmin etmək səylərinə” görə alıb.

Nobel Sülh Komitəsinin bəyanatında deyilir:  “Demokratik inkişafa həsr olunmuş Sumate təşkilatının yaradıcılarından biri kimi Maçado 20 ildən artıq müddət ərzində azad və ədalətli seçkilərin tərəfdarı olub”.

Maria Corina Machado kimdir?

1967-ci ildə Venesuelada anadan olan və mühəndislik və maliyyə təhsili alan Maçado paytaxt Karakasda kimsəsiz uşaqlara kömək etmək üçün 1992-ci ildə Atenea Fondunu təsis edib.

2002-ci ildə Maçado azad və ədalətli seçkiləri dəstəkləyən Sumate qrupunun həmtəsisçisi olub. O, 2010-cu ildə rekord sayda səslə Milli Məclisin deputatı seçilib.

2014-cü ildə hökumət tərəfindən vəzifəsindən uzaqlaşdırılan Maçado Vente Venesuela müxalifət partiyasına rəhbərlik etməyə davam edir.

Nigar,

Sitat.info

Избранный
13
1
sitat.info

2Источники