Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan arasında dövlətlərarası münasibətlərdə hansısa böhranın olmadığını hesab edir.
Gundem.az TASS-a istinadən xəbər verir ki, V.Putin bu barədə Düşənbədə jurnalistlərə açıqlamasında danışıb.
O, vəziyyəti “emosiyalar böhranı” adlandırıb: “Bunu daha çox “emosiyalar böhranı” adlandırardım və nəyə görə olduğu aydındır. Çünki biz çox ağır, faciəvi hadisə - təyyarə qəzası və onun sərnişinlərinin həlak olması ilə üzləşmişdik. Bizim bu məsələni aydınlaşdırmağımız üçün vaxt lazım idi, çox çətin texniki ekspertiza aparılması tələb olunurdu”.
Rusiya lideri həmçinin Azərbaycanla münasibətlərdə pis səhifənin artıq geridə qaldığına ümid etdiyini vurğulayıb.