AZ

Putin Azərbaycanla münasibətlərdən danışdı

Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan arasında dövlətlərarası münasibətlərdə hansısa böhranın olmadığını hesab edir. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, V.Putin bu barədə Düşənbədə jurnalistlərə açıqlamasında danışıb. 

O, vəziyyəti “emosiyalar böhranı” adlandırıb: “Bunu daha çox “emosiyalar böhranı” adlandırardım və nəyə görə olduğu aydındır. Çünki biz çox ağır, faciəvi hadisə - təyyarə qəzası və onun sərnişinlərinin həlak olması ilə üzləşmişdik. Bizim bu məsələni aydınlaşdırmağımız üçün vaxt lazım idi, çox çətin texniki ekspertiza aparılması tələb olunurdu”.

Seçilən
6
4
demokrat.az

7Mənbələr