RU

“Rusiya xarici işçi qüvvəsinə maraqlıdır, amma onlar qanunlara hörmətlə yanaşmalıdırlar” - Putin

"Rusiya xarici işçi qüvvəsinə ehtiyac duyur, lakin bu işçi qüvvəsini yalnız qanunlara riayət edən vətəndaşlar təmsil etməlidir".

Redaktor.az rus mediasına istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərinin yekununda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Dövlət başçısının sözlərinə görə, hazırda ölkədə miqrasiya sahəsində kifayət qədər problemlər mövcuddur və buna rusiyalılar özləri də diqqət çəkirlər.

Putin vurğulayıb ki, miqrasiya prosesi qanun çərçivəsində, ictimai təhlükəsizliyi və əmək bazarının maraqlarını qorumaq şərtilə tənzimlənməlidir.

Nuriyyə NATİQQIZI

Избранный
42
1
redaktor.az

2Источники