RU

Music Galerry də 48 min manatlıq mənimsəmə Menecer həbs edildi

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nərimanov rayonunda, "Pover On" şirkətinin nəzdində fəaliyyət göstərən "Music Galerry" mağazasının meneceri Rüfət Əıliyev həbs edilib. 

Qaynarinfo xəbər verir ki, o, 48 869,78 manatlıq məniməsədə ittiham edilir. 

Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (Mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (Vəzifə saxtakarlığ) maddələri ilə mühakimə olunan menecer verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

Onun məhkəməyə ifadəsində məlum olub ki, mənimsədiyi pulların bir hissəsini qumarda uduzub. 

Məhkəmənin hökmü ilə menecerə 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında, o cümlədən özəl sahədə rəhbər və maddi məsul vəzifə tutma hüquqları məhdudlaşdırılmaqla 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
2
qaynarinfo.az

3Источники