AZ

“Music Gallery”də 48 min manatlıq mənimsəmə – Menecer həbs edildi

Nərimanov rayonunda, “Pover On” şirkətinin nəzdində fəaliyyət göstərən “Music Galerry” mağazasının meneceri Rüfət Əliyev həbs edilib.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o, 48 869,78 manatlıq məniməsədə ittiham edilir.

Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (Mənimsəmə və ya israf etmə – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (Vəzifə saxtakarlığ) maddələri ilə mühakimə olunan menecer verilmiş ittiham üzrə özünü təqsirli bilib.

Onun məhkəməyə ifadəsində məlum olub ki, mənimsədiyi pulların bir hissəsini qumarda uduzub.

Məhkəmənin hökmü ilə menecerə 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında, o cümlədən özəl sahədə rəhbər və maddi məsul vəzifə tutma hüquqları məhdudlaşdırılmaqla 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Seçilən
6
2
nocomment.az

3Mənbələr