Oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf-a Abşeron Rayon Prokurorluğundan bildirilib.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.