AZ

Abşeronda 60 yaşlı kişi qətlə yetirildi

Rayon prokurorluğundan Ajans.az-a verilən məlumata görə, oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Seçilən
11
19
Ajans.az

10Mənbələr