RU

Oqtay Şirəliyevin yerinə baş direktor seçildi (FOTO)

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin yeni Baş direktoru seçilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxanaın baş direktoru vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu gətirilib. 

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 09.22.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev "Respublika Diaqnostika Mərkəzi" ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib. 

Bu ilin 3 oktyabrında Oqtay Şirəliyev 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə, ayın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib. 

Əhməd

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
39
qaynarinfo.az

10Источники