Respublika Diaqnostika Mərkəzi ASC-nin yeni baş direktoru seçilib.
News24.az xəbər verir ki, xəstəxananın baş direktoru vəzifəsinə Rəşid Şamil oğlu Vəzirov gətirilib.
Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev "Respublika Diaqnostika Mərkəzi" ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib. Pepperoni pizza
Oqtay Şirəliyev bu ilin 3 oktyabrında 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə ayın 9-da, saat 10:00-da Respublika Diaqnostika Mərkəzi ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.(Qaynarinfo)
