RU

Nobel Sülh mükafatı Trampdan yan ötdü | amma...

AzVision.az xəbər verir ki, Nobel Komitəsinin saytında yerləşdirilən məlumatda xanım Maçadonun“Venesuela xalqının demokratik hüquqlarını müdafiə edən və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün mübarizə aparan yorulmaz fəaliyyətinə görə”Sülh mükafatına layiq görüldüyü deyilir.

Xatırladaq ki, Venesuela parlamentinin üzvü Mariya Korino Maçado 2012-ci ildə prezidentliyə namizədvə 2014-cü ildə prezident Nikolas Maduro hökumətinə qarşı etirazların liderlərindən biri olub.

Bu il Nobel Sülh Mükafatına 338 namizəd irəli sürülüb, onlardan 244-ü fiziki şəxs, 94-ü isə təşkilat olub. Mükafat Norveç parlamenti tərəfindən seçilən beş nəfərdən ibarət Norveç Nobel Komitəsi tərəfindən verilir.

Xatırladaq ki, Ağ Evdə yeni səlahiyyət müddəti başlayandan bəri bir neçə müharibəyə son qoya bildiyini iddia edən ABŞ prezidenti Donald Tramp daha əvəvl özünün Nobel Sülh mükafatına layiq olduğunu dəfələrlə vurğulayıb. Bununla belə, Ameriak lideri qərar verənlərin bunu edəcəklərinə skeptik yanaşıb.

- Mənə heç vaxt Nobel Sülh mükafatını verməyəcəklər. Mən buna layiqəm, amma mənə heç vaxt verməyəcəklər”,- Tramp deyib.

Sentyabrın 30-da amerikalı generallar qarşısında çıxış edən Ağ Ev rəhbəri bu məsələni yenidən gündəmə gətirib:“əgər mükafatı başqası alsa, bu, ölkəmizə böyük təhqir olacaq”.

“BBC” telekanalı vurğulayır ki, Trampın ən son və bəlkə də ən mühüm nailiyyəti oktyabrın 8-də İsrail və HƏMAS arasında imzalanan atəşkəs və israilli girovların qaytarılması razılaşması olub.

Lakin ekspertlər Nobel Komitəsinin son iclasının oktyabrın 6-da, yəni sözügedən sövdələşmə elan edilməmişdən əvvəl baş tutduğunu xatırladıblar.

“Reuters” agentliyi isə, bu qurumun qərar qəbul edən beş üzvündən biri olan Nobel Komitəsinin katibi Kristian Berq Harpvikenin Nobel Sülh mükafatının namizədlərin son anda əldə etdiyi nailiyyətlərə görə verilmədiyi barədə bəyanatına diqqət çəkib.

- Bu mükafat ilk növbədə 2024-cü ildə və əvvəlki illərdə görülən işlərə aiddir. Mükafat son həftələrdə və ya aylardakı işə görə verilmir”, -Harpviken Norveçin “NRK” ictimai yayım telekanalına deyib.

Bu prizmadan yanaşdıqda, ABŞ prezidenti üçün Nobel Sülh mükafatına layiq görülə bilməsi perspektivi mövcudur. Xüsusən də, əgər Donald Tramp İsrail-HƏMAS sazişinin yerinə yetirilməsini təmin edə və Rusiya-Ukrayna müharibəsinin ən azı indiki mövqelərdə dayandırılmasına nail ola bilsə bu şans əhəmiyyətli dərəcədə artacaq.

Digər tərəfdən, məhz Vaşinqtonun hakimiyyətdən devirməyə cəhd etdiyi Venesuela prezidenti Nikolas Maduronun əsas siyasi rəqiblərindən biri olan Mariya Korino Maçadonun Nobel Sülh mükafatına layiq görülməsinin özünü də, müəyyən mənada, Donald Trampın aralıq qələbəsi kimi qiymətləndirmək olar.

Sahil İsgəndərov
AzVision.az
Избранный
61
azvision.az

1Источники