RU

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə oktyabr ayının pensiyaları ödənilib

Bakı, 10 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə oktyabr ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin oktyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Избранный
19
24
azertag.az

10Источники