RU

Nobel Sülh mükafatının qalibi bəlli oldu - Tramp deyil

2025-ci il üzrə Nobel Sülh mükafatının qalibi məlum olub. “Bakuinfo” xəbər verir ki, sözügedən mükafata venesuelalı siyasətçi Maria Corina Maçado layiq görülüb.  Venesuelada müxalifət lideri olan 57 yaşlı Maçado 2011-2014-cü illərdə ölkəsinin Milli Assambleyasının deputatı olub, 2012-ci ildə baş tutan prezident seçkilərində iştirak edib. Nobel Komitəsinə əsasən, siyasətçi “Venesuela xalqının hüquqları və demokratiya uğrunda yorulmaz mübarizəsi, eləcə də ölkəsinin diktaturadan demokratiyaya ədalətli və dinc keçidinə nail olmaq cəhdlərinə” görə bu mükafatı qazanıb.  Qeyd edək ki, son zamanlar Nobel Sülh mükafatına potensial namizəd olaraq ABŞ Prezidenti Donald Trampın adı hallanırdı. İspaniyanın “El Pais” qəzeti öz mənbələrinə istinadən Trampın adının bu kateqoriya üzrə namizədlər siyahısına daxil edildiyini yazmışdı. Buna əsas olaraq isə ABŞ liderinin ikinci prezidentliyi dövründə ölkələr arasında bir neçə münaqişəyə son qoyması göstərilib. (Qafqazinfo)

Избранный
61
50
bakuinfo.net

10Источники