Rusiya Prezidenti Vladimir Putin və Ermənistanin Baş naziri Nikol Paşinyan MDB sammitində iki ölkə arasında ticarət dövriyyəsinin artımını müzakirə ediblər.
“Cebheinfo.az” xəbər verir ki, MDB sammitində Putin Aİİ-də iştirakın ölkələr üçün bazarlar açdığını bildirib. Rusiya lideri buna misal olaraq Rusiya ilə Ermənistan arasında artan ticarət həcmini göstərib və Paşinyandan ticarət dövriyyəsi rəqəmlərini istəyib.
Bu il artıq 4 milyard dollar olub”, - Paşinyan bildirib. “Xeyr, daha çox”, - Putin həmkarı ilə razılaşmayaraq gülümsəyib.
Ermənistanın Baş naziri ötən il üçün öz rəqəmlərini də göstərdi, lakin bu baxımdan da iki lider arasında fikir ayrılığı yaranıb.
"Keçən il bu, təxminən 9 milyard dollar idi", - Paşinyan qeyd edib. “Daha çox. Keçən il daha çox olub, bu il də çox olacaq. Bu, sadəcə olaraq, göz qabağındadır", - Putin Ermənistanın Baş nazirinə cavab verib.