RU

Ermənistanın müdafiə naziri Çexiyanın İrəvandakı səfiri ilə regional məsələləri müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Çexiyanın İrəvandakı səfiri Petr Pirunçik ilə görüşüb.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Ermənistan-Çexiya müdafiə sahəsində əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunub.

Qeyd edək ki, son günlər Papikyan Fransanın, Böyük Britaniyanın və Kiprin Ermənistandakı səfirləri ilə görüşlər keçirib.

Daşqın HəsənovMissiya.Az

Избранный
25
1
missiya.az

2Источники