RU

Beynəlxalq konfrans iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Yazını böyüt
Yazını kiçilt

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Hafta.az xəbər verir ki, qonaqların Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarının aşkarlandığı kütləvi məzarlığa ziyarəti təşkil ediləcək. Sonra onlar Şuşa şəhərinə səfər edəcəklər.

Tədbir iştirakçılarının Şuşa şəhərində gəzintisi təşkil ediləcək, ardınca vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə yaxından tanış olacaqlar. Sabah isə tədbir iştirakçılarının Cəbrayıl rayonuna səfəri, həmçinin Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində yeni məskunlaşma yerlərini ziyarət etmələri nəzərdə tutulur.

Избранный
27
7
hafta.az

8Источники