RU

Döyüşən kim, danışan kim... Müharibə Rusiya Ukrayna arasında, müzakirələr Qərb ABŞ arasında gedir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Rusiya-Ukrayna müharibəsinin 3 ili tamam olur. Amma hələ də biz Ukrayna ərazilərinin addım-addım itirilməsinin, dağıdılmasının, insanların öldürülməsinin, şahidi oluruq. Rusiya tərəfdən də itkilər olur. Rusiya ərazilərində partlayışlar baş verir, dron hücumları olur. Amma bu da o demək deyil ki, Rusiya tərəfində olursa, Ukraynada da olmalıdır və yaxud da ki, bunu dayandırmaq lazım deyil. Rusiya ərazisindəki partlayışlar, dağıntılar, Ukrayna ərazisində baş verənlərin bəlkə də mində biri belə deyil. Rusiya Ukrayna ərazilərinə daxil olub və Rusiya Ukrayna ərazilərinə daxil olubsa, Rusiyada bu dağıntıların olması Ukraynanın günahı deyil. Amma burada görünən tərəf odur ki, bəzi qüvvələr hələ də müharibənin davam etdirilməsindən yanadırlar. Onlardan biri də Avropa komissiyası, NATO-dur. Həmin o qüvvələr maksimum dərəcədə çalışırlar ki, bu yolla hətta Ukraynanın dağılmasına, ümumilikdə Ukraynanın qurban verilməsi bahasına başa gəlsə belə, Rusiyanın zəiflədilməsindən yana olan qüvvələr var. Avropa ilə Ukrayna arasında, Qərb dünyası ilə Ukrayna arasında gedən danışıqlar, bu mövzunu, bu problemi həll etməyəcək”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Rusiya burada faktiki Ukrayna ilə müharibə aparmır və demək olar ki, elə ilk günlərdən müharibə aparmaq üçün Ukraynaya Qərb öz resurslarını verir.

Xəyal Bəşirov

“Faktiki olaraq, Qərb ölkələri Rusiya ilə sadəcə canlı qüvvə istisna olmaqla müharibə aparırlar. Müharibənin adı, Rusiya-Ukrayna müharibəsidir. Faktiki qeyd edirik ki, burada Rusiya-Ukrayna müharibəsi, Rusiya-NATO, Rusiya-Avropa müharibəsi gedir. Digər tərəfdən də həmin o qüvvələr Rusiya ilə deyil, xüsusilə də Avropa indi ABŞ-ın hazırkı administrasiyası ilə çalışır. Rusiya ilə əlaqələr qurmaq üçün danışıqlar aparırlar. Amma Avropa daha çox üstünlük verir ki, danışıqları Ukrayna ilə aparsın. Sanki bu müharibə bunlar arasında həll olunur. Amma biz bilirik ki, bu danışıqlar prosesinə nə qədər ki, Rusiya cəlb edilməyib. Avropa ilə aparılan danışıqlar prosesində bu proses heç bir nəticə verməyəcək. Əgər bu vəziyyət dəyişməsə, mövcud müzakirələr bu formada davam etsə, müharibə illərlə davam edəcək.

Nəticə olacaq ki, Ukrayna ərazilərinin qalan hissələri də dağıntılara məruz qalacaq, işğal olunacaq və Rusiya da zəifləyəcək. Rusiya da iqtisadi baxımdan, hərbi baxımdan, canlı qüvvə baxımından zəifləyəcək. Amma bu vəziyyət problemin həllidirmi? Xeyr, həlli deyil. Çünki bu müharibə insanların ölümünə, şəhərlərin, kəndlərin, yaşayış məskənlərinin dağılmasına və digər mənfi nəticələrə səbəb olur. Bu da insanlıq üçün bəşəriyyət üçün faciədir. Düşünürəm ki, hazırkı mərhələdə proses nə qədər bu şəkildə davam edir, yəni Avropa birmənalı şəkildə Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həllindən yana deyil, əksinə bunun əksi üçün əlindən gələni edir. Bu proseslərə Rusiya cəlb olunmursa, Rusiya-Ukrayna münaqişəsinin həlli real görünmür”-deyə Xəyal Bəşirov qeyd edib.

“Amerika Birləşmiş Ştatları müəyyən mənada bu prosesə fərqli yanaşır. İndiki administrasiyanın dönəmində Donald Trampın hakimiyyətinin bir ili gedib. Təxminən üç ilə qədər müddətdə Donald Tramp nəsə edə bilməsə, hansı ki, burada müharibənin üç ildə davam etməsi real görünür. Hətta zaman-zaman müharibənin səngiməsi ilə atəşkəsin əldə edilməsi mümkün ola bilər. Amma bu müharibənin həll edilməsi mümkün olmayacaq. Bu halda, dünyanı daha ağır nəticələr gözləyə bilər”-deyən politoloq bildirib ki, danışıqlar prosesi müharibəni dayandırmalıdır və növbəti mərhələdə tərəflərin tələbləri danışıqlar yolu ilə müzakirə olunmalıdır.

“Mövcud şəkildə davam edərsə, bu müharibəni dayandırmaq mümkün olmayacaq. Rusiya indi gedə bildiyi, imkanı olduğu, gücü çatdığı qədər "irəli" gedəcək”-deyə Xəyal Bəşirov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
icma.az

1Источники