RU

Birləşmiş Millətlər Təşkilatı nə münaqişə həll edəndir, nə də müharibə bölgələrində sülhü təmin edəndir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın maliyyələşdirməsində son dəyişikliklər nəticəsində yaranan maliyyə çətinlikləri səbəbindən sülhməramlı qüvvələrini 25% azaltmaq planlarını açıqlayıb. Adının açıqlanmasını istəməyən BMT-nin yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib ki, sülhməramlı qüvvələrin azaldılması doqquz qlobal missiyada yerləşdirilən təxminən 13,000-14,000 sülhməramlılara təsir edəcək. Bu, BMT-nin Somalidəki əməliyyatlarına da təsir edəcək. Bu il sülhməramlı büdcə təxminən 15% azalacaq. BMT-nin sülhməramlı missiyalarına ev sahibliyi edən ölkələrə Konqo, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Livan, Kipr və Kosovo daxildir. BMT-nin Baş katibi Antonio Quterreş vurğulamışdır ki, sülhməramlı büdcələr qlobal hərbi xərclərin yalnız kiçik bir hissəsini təşkil etsə də, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üçün ən təsirli vasitələrdən biri olaraq qalır.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları BMT-yə maliyyə vəsaitini azaltdığına görə BMT öz sülhməramlı kontingenti maliyyələşdirə bilmir.

Məhəmməd Əsədullazadə

Politoloqun fikrincə, ümumiyyətlə, BMT nə münaqişə həll edəndir, nə də müharibə bölgələrində sülhü təmin edəndir: “Sadəcə olaraq onların sülhməramlı kontingenti simvolikdir. Düşünmürəm ki, dünyada sülh və təhlükəsizliyi BMT təmin edəcək. Onsuz da BMT-nin Təhlükəsizlik Şurası onun sülhməramlıları hər hansı bir prosesə müsbət qatqı verəcək gücdə deyil”.

Politoloq qeyd edib ki, BMT-nin sülhməramlı kontingentini azalmağının heç bir əhəmiyyəti yoxdur, əsas dövlətlərin və beynəlxalq güclərin siyasətidir. Məhəmməd Əsədullazadə hesab edir ki, proses bundan ibarətdir.

“Müharibə olacaqsa, burada BMT önəmli rol oynamayacaq. Ümumiyyətlə, BMT kontingenti olan zonalarda həmişə müharibə olub, qan tökülüb. Yəni proses belə olub. BMT-nin funksionallığı demək olar ki, çox zəifdir”-deyə Məhəmməd Əsədullazadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
bizimyol.info

1Источники