RU

Solovyov, Simonyan kimilərin cəhdləri ölkələrimiz arasındakı ticari-iqtisadi əməkdaşlığa heç bir xələl gətirə bilmədi - RƏY

"2024-cü ilin dekabrında AZAL-a məxsus təyyarənin Rusiya hava məıkanında vurulması Azərbaycan Rusiya münasibətlərində soyuqluq yaratmaq istəyən qüvvələr üçün bir fürsət oldu. Təbii ki, təyyarəmizin qəsdən vurlduğunu heç vaxt demədik. Azərbaycan, sadəcə, belə hallar zamanı hər bir suverən dövlətin atması lazım olan addımları Rusiyadan tələb etdi. Amma Solovyov, Simonyan, Mardan, Zatulin kimilər bu fürsəti özlərinə meydan seçdilər və iki ölkə arasında siyasi münasibətlərdə gərginliyi dərinləşdirməyə çalışdılar. Amma onların bütün cəhdləri ölkələrimiz arasındakı ticari-iqtisadi əməkdaşlığa heç bir xələl gətirə bilmədi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov deyib.

Azər

Deputat bildirib ki, cari ildə keçən ilə nisbətən iki ölkə arasındakı ticari-iqtisadi əməkdaşlıqdakı 16% artım ölkələrarası münaisbətlərdə çatları yaratmaq istəyənlərin heç nəyə nail olunmadığını bir daha göstərib: “Dövlət başçılarının Düşənbədə baş tutmuş ikitərəfli görüşündə siyasi iradənin qətiyyəti bütün məsələlərə aydınlıq gətirilməsinə imkan verdi. Rusiyanın dövlət başçısının görüşdə təyyarəmizlə bağlı baş vermiş insidentə ətraflı şəkildə şərh verərək üzr istəməsi, məsuliyyəti üzərinə götürməsi, kompensasiyanın qısa zamanda ödəniləcəyi və hadisənin baş verməsinə səbəb olanların hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirməsi əsas gözləntimiz idi. Azərbaycan və Rusiya yaxın qonşu, çox inteqrasiya olunmuş və sıx əməkdaşlığa malik ölkələrdir. Təbii ki, hər iki tərəf əlaqələrdəki inkişaf dinamikasını dəyərləndirərək qorumalı, qarşılıqlı hörmət və fayda əsasında münasibətlərə davam etdirməlidirlər”.

 

Aytəkin Qardaşova

Tarix: 10 Oktyabr 2025, 12:11   
Избранный
20
2
pravda.az

3Источники