Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, onların bütün cəhdləri ölkələrimiz arasındakı ticarət-iqtisadi əməkdaşlığa heç bir xələl gətirə bilmədi:

“Cari ildə keçən ilə nisbətən iki ölkə arasındakı ticarət-iqtisadi əməkdaşlıqda 16% artım ölkələrimizarası münasibətlərdə çatlar yaratmaq istəyənlərin heç nəyə nail ola bilmədiyini bir daha göstərdi. Dövlət başçılarımızın Düşənbədə baş tutmuş ikitərəfli görüşdə siyasi iradəsinin qətiyyəti bütün məsələlərə aydınlıq gətirilməsinə imkan verdi.
Rusiyanın dövlət başçısının görüşdə təyyarəmizlə bağlı baş vermiş insidentə ətraflı şəkildə şərh verərək üzr istəməsi, məsuliyyəti üzərinə götürməsi, kompensasiyanın qısa zamanda ödəniləcəyi və hadisənin baş verməsinə səbəb olanların hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirməsi əsas gözləntimiz idi. Azərbaycan və Rusiya yaxın qonşu, çox inteqrasiya olunmuş və sıx əməkdaşlığa malik ölkələrdir. Təbii ki, hər iki tərəf əlaqələrdəki inkişaf dinamikasını dəyərləndirərək qorumalı, qarşılıqlı hörmət və fayda əsasında münasibətləri davam etdirməlidirlər”.
Cavidan Mirzəzadə
Demokrat.az
3Mənbələr
-
demokrat.azSolovyov və Simonyan kimilər heç nəyə nail ola bilmədi Deputat ( 22252774)
-
demokrat.azSolovyov və Simonyan kimilər heç nəyə nail ola bilmədi — Deputat ( 22252729)
-
pravda.azSolovyov, Simonyan kimilərin cəhdləri ölkələrimiz arasındakı ticari-iqtisadi əməkdaşlığa heç bir xələl gətirə bilmədi - RƏY ( 22251823)