RU

Deputat narazılıq etdi: Mənzillər buna görə bahalaşır!

“İmişlidə qum-çınqıl karxanalarının bağlanması işsizliyə və mənzil bazarında bahalaşmaya səbəb olur” .

News24.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bölgələrdə iqtisadi fəallığın azalmasına diqqət çəkərkən deyib. 

O bildirib ki, İmişli rayonunda fəaliyyət göstərən qum-çınqıl karxanalarının əksəriyyəti bağlanıb və bu, həm sosial, həm də iqtisadi problemlər yaradır.

Deputat qeyd edib ki, qum-çınqılın çıxarılması ilə bağlı yeni qaydalar qəbul edilsə də, onların tətbiqi prosesində bir sıra çətinliklər mövcuddur.

“İmişlidə qum-çınqıl karxanalarının çoxu fəaliyyətini dayandırıb. Bu, bölgədə işsizliyin artmasına gətirib çıxarır. Digər tərəfdən, tikinti sektorunda qum-çınqılın azalması mənzil və tikinti materiallarının qiymətinin bahalaşmasına səbəb olur,” – deyə Razi Nurullayev vurğulayıb.

Deputat əlavə edib ki, iqtisadi fəaliyyətin dayandırılması yerli sahibkarlığın zəifləməsinə və regionun sosial inkişafına mənfi təsir göstərir.

Aqil Qarayev


Избранный
103
2
news24.az

3Источники