RU

Türkiyə Qəzzada sülhməramlı missiyada iştirak etməyə hazırdır Müdafiə Nazirliyindən açıqlama

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qəzzada yaradılacaq missiyada biz də yer alacağıq” bəyanatından sonra Milli Müdafiə Nazirliyindən (MSB) məsələ ilə bağlı açıqlama verilib.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyə Silahlı Qüvvələri (TSK) sülhün təmin edilməsi və qorunması sahəsində böyük təcrübəyə malikdir və onlara həvalə ediləcək istənilən vəzifəni yerinə yetirməyə hazırdır.

Açıqlamada qeyd olunub:“Türk Silahlı Qüvvələri indiyə qədər beynəlxalq sülh və təhlükəsizliyin qorunması məqsədilə müxtəlif təşkilatlar çərçivəsində fərqli bölgələrdə çoxsaylı missiyalarda iştirak edib, peşəkarlığı və ədalətli mövqeyi ilə bütün tərəflərin rəğbətini qazanıb. Barışın bərpası və qorunmasında təcrübəyə malik olan ordumuz özünə tapşırılacaq hər bir vəzifəyə hazırdır".

Xatırladaq ki, İsrail hökuməti ABŞ Prezidenti Donald Trampın planı çərçivəsində Qəzzada atəşkəs razılaşmasını təsdiqləyib. Bu qərar beynəlxalq miqyasda geniş rezonans doğurub. Prezident Ərdoğan da atəşkəsdən məmnunluğunu ifadə edərək bildirib ki, missiyada Türkiyə də iştirak edəcək.”

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
azpolitika.info

1Источники