RU

Öz işini ChatGPT yə öyrətdi, işdən qovuldu

ain.az xəbər verir, News24 saytına əsaslanaraq.

Nyu-Meksiko sakini Kevin Kanterra rəhbərliyin tapşırığını həddindən artıq effektiv yerinə yetirdiyi üçün işini itirib. 

News24.az “Futurism portalının”a istinadən xəbər verir ki, ondan süni intellekti gündəlik tapşırıqlara inteqrasiya etməsi istənilib.

Məlumata görə, o, təhsil sahəsində fəaliyyət göstərən bir texnologiya şirkətində 17 il çalışıb. Rəhbərlik əməkdaşlara ““ChatGPT”dən daha aktiv istifadə etməyi” tövsiyə etdikdə, Kanterra bu təşəbbüsə ilk qoşulanlardan biri olub.

O, düzgün promptlar yazmağı tez öyrənib və çat-botdan mətn hazırlığı, araşdırmalar və məlumatların analizi üçün istifadə etməyə başlayıb, nəticələri isə hər dəfə əl ilə diqqətlə redaktə edib.

“Süni intellekti iş yoldaşım kimi görürdüm. Mənim məhsuldarlığım inanılmaz dərəcədə artmışdı”, – deyə Kanterra bildirib.

Lakin bir neçə ay sonra şirkət onu və onlarla həmkarını iş proseslərinə uyğunlaşdırılmış süni intellektlə əvəzləyib.

İşdən çıxarılmadan əvvəl şirkət rəhbəri onu “narahat olmağa dəyməz, “ChatGPT” insanları əvəz etməyəcək” sözləri ilə arxayın edib.

Kanterra bu vəziyyətə düşən yeganə şəxs deyil. Medianın məlumatına görə, getdikcə daha çox şirkət mütəxəssisləri “ağıllı agentlərlə” əvəz edir. 

Bununla belə, son tədqiqat göstərib ki, bu cür layihələrin 95 faizi xaosa və iş keyfiyyətinin pisləşməsinə səbəb olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
1
news24.az

2Источники