ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Tanınmış riyaziyyatçı Stefan Mandel hazırladığı xüsusi düsturla müxtəlif ölkələrdə keçirilən lotereya oyunlarında 14 dəfə cekpot qazanıb. Həm Rumıniya, həm də Avstraliya vətəndaşı olan Mandel lotereya oyunçuları üçün həm ilham, həm də mübahisə mənbəyinə çevrilən bu uğura nail olub.
Mandel iddia edir ki, onun metodu nəzəri olaraq cekpotu qazanmağa imkan verir. Lakin bu strategiya əhəmiyyətli maliyyə resursları tələb edir. Mandel öz düsturunu altı addımda izah edərək bildirir ki, bu addımlara düzgün əməl olunarsa, əsas mükafatı qazanma ehtimalı kifayət qədər yüksəkdir.
Bəs, Mandelin lotereyada qazanmaq düsturu nədir?
Riyaziyyatçı lotoreya altı şərtə cavab verərsə, altı cekpotdan beşini qazanmağın mümkün olduğunu deyir. Bunlara oyunun qaydalarının hərtərəfli təhlili, dəqiq ehtimal hesablamaları və böyük büdcə ilə çoxlu sayda biletin alınması daxildir.
Mandelin lotereyada udmaq üçün hazırladığı üsul budur:
Mümkün bütün kombinasiyaları analiz edin.
Böyük uduş məbləği kombinasiyaların ümumi sayının ən azı 3 qatına bərabər olduqda iştirak edin.
Hər bir kombinasiyanı almaq üçün bir nəfər tapın.
Qanuni məhdudiyyətlər:Bir çox ölkədə eyni şəxs tərəfindən çoxlu sayda kupon almaq və bütün kombinasiyaları əhatə etmək qanunla məhdudlaşdırılıb. Həmçinin biletlərin fiziki şəkildə alınması zərurəti əlavə çətinlik yaradır.
Xərclər və risk:Bütün kombinasiyalar üçün bilet almaq çox böyük vəsait tələb edir. Buna görə də bu strategiyanın işləməsi üçün uduş məbləği yatırılan puldan xeyli çox olmalıdır. Bütün ehtimalları əhatə etmək nəzəri cəhətdən qalib gəlmə şansını artırsa da, uduşun başqaları ilə bölünməsi, kuponun itməsi və ya texniki səhvlər kimi risklərə səbəb ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.