RU

“Qaranlıqda həqiqət”də Novella Cəfəroğludan səmimi etiraflar Video

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Qaranlıqda həqiqət” verilişinin növbəti buraxılışı yayımlanıb. 

News24.az xəbər verir ki, layihə rəhbəri Ruhiyyə Əliyevanın təqdimatında efirə gedən proqramın budəfəki qonağı hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu olub.

Veriliş zamanı tanınmış ictimai xadim uşaqlıq və gənclik illərindən, ailəsindən aldığı tərbiyədən, həmçinin dövrün çətinlikləri içində formalaşan qadın mübarizəsindən söz açıb. 

Novella Cəfəroğlu həmçinin ictimai-siyasi fəaliyyətə gəlişindən, qadın hüquqlarının müdafiəsində qarşılaşdığı maneələrdən, fərqli dövrlərdə apardığı mübarizədən danışıb. Onun sözlərinə görə, qadınların cəmiyyətdə fəal rola sahib olması təkcə onların deyil, bütövlükdə ölkənin inkişafına təsir edən vacib amildir.

Müsahibə zamanı Cəfəroğlu zorakılığa məruz qalan qadınların üzləşdiyi sosial və psixoloji problemlərdən, bu sahədə dövlət və qeyri-hökumət təşkilatlarının rolundan da bəhs edib. 

Daha ətraflı videomaterialda:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
news24.az

2Источники